Film / Serial
Film / Serial

Murat Yıldırım və Ebru tərəf müqabili oldu!

Murat Yıldırım və Ebru tərəf müqabili oldu!

Türkiyəli aktyorlar Murat Yıldırım və Ebru Şahin yeni çəkiləcək bir serialda tərəf müqabili olublar.

OLAY yazır ki, “NOW” TV-də yayımlanacaq ekran işində onlar Demir və Nazlı obrazlarını canlandıracaqlar. Bu barədə Birsen Altuntaş məlumat yayıb. Layihənin adının nə olacağı isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Murat hazırda rol aldığı “Teşkilat” serialının sezon finalı bölümündə ekran işindən ayrılacaq.