Türkiyəli aktrisa Şebnem Dönmez yeni layihəsinə hazırlaşır.
OLAY yazır ki, o, dünyaca məşhur aktyor Çarli Çaplinin həyatından bəhs edən “Çaplin” tamaşasında yer alacaq.
Aktrisa sözügedən layihədə Çarli Çaplinin anası Hanna obrazından başqa 4 fərqli rolda izləyici qarşısına keçəcək.
Dönmezin tamaşanın hazırlıqlarından fotoları sosial mediada paylaşılıb. Onun obrazları izləyicilər tərəfindən maraqla qarşılanıb.