Türk aktrisa-ssenarist Qupse Özayın bu ilin əvvəlində yayımlanan “Lohusa” filminin hansı rəqəmsal plarformada təqdim olunacağı müəyyənləşib.
OLAY yazır ki, ekran işi kinoteatrlardan sonra “Netflix”də izləyicilərin ixtiyarına veriləcək. Film 21 iyunda platformada öz yerini alacaq.
2 milyondan artıq izləyici toplayan layihə Türkiyədə 2024-ün ən çox izlənən 2-ci filmi olub.
Qeyd edək ki, ekran işində Qupse Özay, Onur Gürçay, Hazal Türesan və Esra Ruşan rol alır.