Film / Serial
Film / Serial

“Bahar” serialı yayımlanmayacaq

“Bahar” serialı yayımlanmayacaq

Reytinqləri alt-üst edən və maraqla izlənilən “Bahar” serialının bu həftə yeni bölümü ekrana gəlməyəcək.

OLAY yazır ki, bu barədə Birsen Altuntaş məlumat yayıb. Bildirilir ki, ekran işinin çəkilişləri və montajı bitmədiyindən bu həftəlik proqramda yer almayacaq.

Qeyd edək ki, layihədə baş rolları Demet Evqar, Buğra Gülsoy və Mehmet Yılmaz Ak canlandırır.