Türkiyənin “ATV” kanalında yayımlanan “Kuruluş Osman” serialının yeni mövsümüylə bağlı qərar verilib.
OLAY yazır ki, 6-cı sezonu da çəkiləcək ekran işində Burak Özçivitin yer alıb-almayacağı dəqiqləşib.
“Osman” obrazına həyat verən aktyor layihədə rol almağa davam edəcək. Serialın 5-ci mövsümü isə, 12 iyunda tamamlanacaq.
Qeyd edək ki, ekran işində Özge Törer, Emre Bey, Leya Kırşan kimi simalar da rol alır.