Dünyaca məşhur aktrisa Şeron Ston “Kurtlar vadisi” serialında rol almasından danışıb.
OLAY yazır ki, sənətçi müsahibəsi zamanı maraqlı faktları açıb:
“Endi və mən türk serialında rol almaq üçün təklfi aldıq. Düzü, yaxşı olar, dedik. Yüksək də ödəniş verdilər. Endi ilə çəkiliş meydançasına getdik. Bizdən başqa ingilis dilində danışan yox idi. Onlar bizimlə türkcə danışır, biz ingiliscə cavab verirdik. Səhnələrdə onlar türkcə, biz ingiliscə danışırdıq. Nə Endinin, nə də mənim baş verənlərdən xəbərimiz var idi. Səhnələrin nədən bəhs etdiyini bilmirdik. Nə etdiyimizi anlamırdıq. Sanki azmışdıq. Çünki böyük bir çəkiliş meydançasındaydıq. Böyük bir ev , çox gözəl paltarlar, hər şey çox lüksdür, lakin kimsə ingiliscə danışmır. Nə etdiyimizdən xəbərimiz yox idi. Endiyə nələr baş verir, anlamıram, deyə, baxırdım. O da eynilə mənə. Nə deyildiyini anlamırdıq. Sadəcə öz dediklərimizi başa düşürdük”.