Film / Serial
Film / Serial

Cey Lonun elmi-fantastik filmindən ilk treyler

Cey Lonun elmi-fantastik filmindən ilk treyler

“Netflix” Cennifer Lopezin baş rolda oynadığı “Atlas” adlı elmi-fantastik filmin tam treylerini təqdim edib.

OLAY yazır ki, ekran işinin süjeti birgə sirli keçmişinin olduğu qaçaq robotu izləmək üçün süni intellektlə birləşməli olan Atlas Şeferd adlı tədqiqatçı barədədir. Rollarda, həmçinin Simu Lü, Sterlinq K.Braun, Mark Stronq və digər istedadlı aktyorlar yer alıblar.

Filmin rejissorluğunu “Rempeyc” filmi ilə tanınan Bred Peyton edib, ssenarisi isə məşhur “Qəhrəmanlar” serialındakı işi ilə tanınan Aron Eli Koleyə məxsusdur.