Türkiyənin “Show” televiziyasında yayımlanan “Kızılcık şerbeti” serialı üçün Fransanın Kann şəhərində özəl tədbir keçirilib.
OLAY yazır ki, gecəyə layihənin əsas aktyor heyətindən Evrim Alasya, Barış Kılıç, Sıla Türkoğlu, Doğukan Güngör, Müjde Uzman, Sibel Taşçıoğlu, Ceren Karakoç, Feyza Civelek, ssenaristlər Melis Civelek, Zeynep Gür və prodüser Faruk Turqut qatılıb.
Tədbirdə “look”ları ilə diqqət çəkən məşhurların paltarlarını dünyaca məşhur müğənni Ledi Qaqanın dizayneri kimi tanınan, mərhum Kraliça Elizabet tərəfindən fəxri mükafata layiq görülən Zeynep Kartal hazırlayıb.