Türkiyənin “Emmi” mükafatlı “Şahsiyet” serialı Fransada çəkiləcək.
OLAY yazır ki, “Memorie Vive” adı ilə yayımlanacaq layihədə önəmli dəyişiklik edilib.
Belə ki, ekran işində Haluk Bilginerin canlandırdığı obraz sözügedən serialda qadın olaraq dəyişdirilib.
Həmin obraza aktrisa Klemontin Selağyi həyat verəcək.
Qeyd edək ki, “Şahsiyet” serialında baş rolları Haluk Bilginer, Cansu Dere, Şebnem Bozoklu kimi aktyorlar canlandırıb.