“İnci Taneleri” serialının rəqsləri ilə gündəmə gələn “Dilber” roluna həyat verən Hazar Ergüçlü açıqlaması ilə diqqət çəkib.
OLAY yazır ki, aktrisa doğulduğu Şimali Kiprdə yaşasaydı, indiyə vəkil olacağını etiraf edib.
“Şimali Kiprdə qalsaydım indi vəkil olmuşdum, evlənmişdim, hətta boşanmışdım” deyə o, bildirib.