“İnci Taneleri” serialı ilə diqqətləri üzərinə çəkən aktrisa Hazar Ergüçlü alış-veriş mərkəzində kameralara tuş gəlib.
OLAY yazır ki, aktrisa obrazını çox sevdiyini, gələn reaksiyalardan məmnun olduğunu deyib.
“Dilberi çox sevdim. Gələn reaksiyalar da olduqca yaxşıdır. İndi Dilberlə bağlı çox şey deyə bilərəm, amma sürprizləri pozmaq istəmirəm. Tezliklə çox təəccüblənəcəyiniz şeylər olacaq”, - deyə, Hazar bildirib.
Qeyd edək ki, cümə axşamı günləri yayımlanan serialın hər yeni bölümündə Hazarın rəqsləri sosial mediada gündəm olur.