Aktyor və prodüser, Rusiyanın Əməkdar Mədəniyyət İşçisi Yuri Vaksman 62 yaşında dünyasını dəyişib.
OLAY yazır ki, bu barədə Yaroslavl Dövlət Gənc Tamaşaçılar Teatrının (TYUZ) mətbuat xidməti “Vkontakte” sosial şəbəkəsində məlumat yayıb.
“Demək olar ki, Gənclər Teatrı açılandan 1992-ci ilə qədər Yuri Mixayloviç bizim teatrda xidmət edib. Yaroslavl üçün böyük itkidir”, - deyə, teatrın bəyanatında bildirilir.
Yuri Vaksman rus filmlərində və seriallarında çoxsaylı rolları (100-dən çox) ilə tanınır. “Molodejka” serialında Nikolay Şulmanı, “Gecə gözətçiləri” filmində Kondakovu canlandırıb.
Bundan əlavə, Vaksman Yaroslavl Kamera Teatrının həmtəsisçisi və Yaroslavl kino şirkətinin yaradıcısıdır.