“Kızılcık Şerbeti”nin Nilayı Feyza Civelek “Adını Feriha koydum” serialı ilə bağlı maraqlı məqamı açıqlayıb.
OLAY yazır ki, aktrisa hekayənin real həyatda yaşandığını dilə gətirib və deyib ki, “Feriha” onun dostu olub.
““Adını Feriha koydum” mənim ilk rol aldığım serialdır. Oradakı qapıçının qızı “Feriha” mənim dostum idi. Həqiqətən belə bir eşqin olub-olmadığını bilmirəm. Amma “Feriha”nın yalan danışmağı və sair ondan ilhamlanaraq yazılmışdı”, - deyə, o, bildirib.
Qeyd edək ki, sözügedən layihənin ssenaristi Melis Civelek Feyza Civelekin anasıdır.