Film / Serial
Film / Serial

ATV “EDHO” üçün təzminat istəyir

ATV “EDHO” üçün təzminat istəyir

Qəfil final edən “Eşkiya Dünyaya Hükümdar olmaz” serialının istehsalçı şirkəti ATV ilə məhkəməlik ola bilər.

OLAY yazır ki, sözügedən kanal serialın adının dəyişidirilməsinə və Blu TV-də yayımlanmasına sərt reaksiya verib.

ATV-nin EDHO-nun bütün müəllif hüquqlarının özünə məxsus olduğunu bildirərək məhkəməyə müraciət edəcəyi iddia olunub. Kanalın BVB prodakşından 165 milyon türk lirəsi istəyəcəyi söylənilib.

Qeyd edək ki, bir neçə gün öncə ekran işinin adının dəyişdirildiyi, həmçinin baş rolu yalnız Ozan Akbabanın ifa edəcəyi, Oktay Kaynarcanın olmayacağı ilə bağlı xəbərlər yayılıb.