Fəaliyyətini İtaliyada davam etdirən türk aktyor Can Yaman xilas olduğu artıq çəkilərlə gündəmə gəlib.
OLAY yazır ki, aktyor bu haqda sosial media hesabında paylaşım edib.
Can “Violet Like The Sea” serialının yeni mövsümünün çəkilişləri başa çatdıqdan sonra bir müddət istirahət etdiyini, sonra yeni layihəsi “Sandokan” üçün hazırlıqlara başladığını bildirib:
“Yeni il tətilində vətənimə qayıtdım. Ailəm, dostlarım üçün darıxmışdm. Türk mətbəxinin də dadını çıxardım. Romaya qayıdanda gərgin dönəmdə olacağımı bilirdim. Yeni layihəm “Sandokan” üçün bir aya 94.5 kilodan 85 kiloya düşdüm. Gündə 2-3 dəfə idman edib fasilələrlə yemək yeyirdim. Bununla belə, heç bir narahatlığım yoxdur. Tamamilə sağlam, cavanlaşmış və yüngüləm. Aktyor lazım olanda fədakarlıqla özünü dəyişib yeni obraza çevirilməlidir”.