Film / Serial
Film / Serial

Mesut obrazı “Arka Sokaklar”a qayıdır?

Mesut obrazı  “Arka Sokaklar”a qayıdır?

Aktyor Şevket Çoruhun “Arka Sokaklar”a qayıdacağı iddia olunub.

OLAY yazır ki, buna səbəb sənətçinin ekran işinin çəkiliş meydançasında görüntülənməsi olub.

Şevketin fotosunu serialın Hüsnü Çobanı Özgür Ozan paylaşıb. 

O, həmkarının qonaq gəldiyini bildirsə də, istifadəçilər ekran işinə geri döndüyünü düşünüb.

Xatırladaq ki, Şevket Çoruhun canlandırdığı Mesut obrazı ölərək ekran işindən çıxarılmışdı. Lakin daha əvvəl də “Arka sokaklar”da ölmüş kimi göstərilən personajlar başqa bir hekayə ilə geri qaytarılıb.