“Geniş aile”, “Kaygısızlar” və “Gülşen abi” serialları ilə tanınan məşhur aktyor Mustafa Uzunyılmaz yolda gəzərkən halı pisləşib.
OLAY yazır ki, infarkt keçirən 63 yaşlı ustad aktyor təcili olaraq xəstəxanaya çatdırılıb.
Bayrampaşa Kolan Xəstəxanasında müalicə alan Mustafa Uzunyılmazın ürəyinə stent qoyulub.
Onun müalicəsi xəstəxanada davam etdirilir.