Aktyor Metyu Makkonahinin həyat yoldaşı Kamila Alves qayınanası Meri Makkeyb ilə çətin münasibətindən danışıb.
OLAY yazır ki, 41 yaşlı keçmiş model ərinin anası əvvəlcə onu ələ saldığını və hər cür sınaqdan keçirdiyini deyib:
"O, həqiqətən məni sınadı. O, mənə Metyunun bütün keçmiş sevgililərinin adı ilə çağırırdı. Mənimlə ispan dilində danışdı və alçaltdı".
"Mən sadəcə onu yerinə oturtdum. Ona arsız braziliyalı tərəfimi göstərdim. Bir müddət mübahisə etdik. Sonra o, sadəcə mənə baxdı və dedi: "Yaxşı. İndi bizdən birisən". Onun tək istəyi mənim qarşılıq verməyim idi" - deyə Kamila bildirib.