48 yaşlı aktrisa Ancelina Coli Brodveydə yerləşən "La Jolla Playhouse" teatrında "The Outsiders" adlı müzklının baş prodüseri olacaq.
OLAY yazır ki, aktrisa qızlarından biri ilə teatra getdikdən sonra işə dəvət alıb.
“Ümid edirəm ki, töhfə verə bilərəm. Qızım məni "La Jolla Playhouse"-da tamaşaya baxmağa aparandan bəri birlikdə işlədiyim bu heyrətamiz komandadan öyrənməyə davam edirəm. Bu musiqili Brodveydə debüt etdiyim üçün necə həyəcanlandığımı ifadə edə bilmərəm. "The Outsiders"-in yeni versiyasını dünya ilə paylaşmağı səbirsizliklə gözləyirəm” - deyə aktrisa vurğulayıb.