“Kızılcık şerbeti”nin aktrisası Evrim Alasya təhqir edilib.
OLAY yazır ki, aktrisaya sosial media hesabında izləyicisi təhqiredici şərh yazıb.
“Dayanmadan dodaq-dodağa sevişdin, öpüşdün. Rədd olub get” – deyə yazılan şərhə Evim Alasyanın cavabı gecikməyib.
O, “Bu müəllim, təbiət qoruyucusu, evli və uşaqları olan xanımdır. Hesabında bunları qeyd edib. Çox rahat imiş. Amma mən onu rahatlığını bir müddət pozacağam”.
Aktrisa bununla bağlı məhkəməyə müraciət edəcəyini vurğulayıb.