"Arka sokaklar" serialının "Rza baba"sı Zafer Engin iddialı açıqlama edib.

OLAY yazır ki, aktyor reytinqləri alt-üst edən "Yalı Çapkını" və "Kızılcık şerbeti" seriallarına meydan oxuyub. 

"Bilirsiniz ki, cümə günü deyəndə ağıla ilk olaraq "Arka sokaklar" gəlir. Cümə günü "Arka sokaklar" günüdür"-deyə aktyor bildirib. 

Qeyd edək ki, "Arka sokaklar" serialının bir müddər idi ki, yayımı dayandırılmışdı.

Ekran işi "Kanal D"-də yenidən ekranlara gələcək. 

"Yalı Çapkını" və "Kızılcık şerbeti" də məhz həftənin cümə günləri yayımlanır.