Film / Serial
Film / Serial

“Kızılcık Şerbeti” 5 həftə yayımlanmayacaq

“Kızılcık Şerbeti” 5 həftə yayımlanmayacaq

Türkiyənin Radio və Televiziya Şurası “Kızılcık Şerbeti” serialını cəzalandırıb.

OLAY yazır ki, buna səbəb ekran işində göstərilən qadına şiddət səhnələridir. Qurum layihəyə 5 dəfə yayımı dayandırma cəzası verib. Bu barədə ötən gün serialın yayımlandığı “Show” TV-yə məlumat verilib.

Kanal bazar ertəsi qərara etiraz haqqından istifadə edəcək. Ancaq etiraz rədd edilərsə, 7 apreldən etibarən 5 həftə ərzində “Kızılcık Şerbeti” serialı ekrana gəlməyəcək.

Serialın aktyorları 5 dəfə yayımın dayandırılması qərarına üsyan edib. Onlar bu barədə sosial mediada yazıblar. Ötən gün “Kızılcık Şerbeti” fanatları da qərara etirazlarını serialı Tvitterdə trend etməklə bildiriblər.