Ancelina Colinin məhkəmə sənədlərindəki təhqirləri keçmiş həyat yoldaşı Bred Pitti özündən çıxarıb.
OLAY yazır ki, Pitt Ancelina Colinin "Château Miraval" üzüm bağındakı payını gizli şəkildə satdığı rusiyalı oliqarx Yuri Şefleri məhkəməyə verir.
Aktyor maqnatı işdən çıxarmaqda qərralıdır. Coli isə öz hərəkətlərinə görə cavab verməli olacaq.
"Pitt Coli və Şefler arasındakı razılaşmanı qisas hesab edir. Çünki Bred Pitt oliqarxın təklifini bundan öncə rədd etmişdi" - deyə mənbə bildirib.
Şeflerin özü belə bir biznes əməkdaşlığına qarşı deyil. Sahibkar bilir ki, məşhur insan ən yaxşı reklam taktikasıdır.
Amma maqnatın ideyasının reallığa çevrilməsi ehtimalı azdır. Buna səbəb isə bu biznesə görə 2016 cə 2021-ci illərdə imtina almasıdır.