Məşhur aktyor Conni Depplə keçmiş həyat yoldaşı aktrisa Amber Hörd uzun müddət aralarındakı məhkəmə çəkişmələri ilə gündəm olub.
OLAY yazır ki, Depp məhkəmədə qalib gəlib, lakin ortaya yeni problem çıxıb.
Aktyor borclarını ödəyə bilmədiyi iki evini girovdan xilas etmək üçün kredit götürüb. Coni Depp ümumilikdə 10 milyon dollarlıq kreditə görə banka müraciət edib.
Depp 650 milyon dollarlıq sərvətini, o cümlədən keçmiş arvadı ilə apardığı məhkəmə çəkişmələri də daxil olmaqla, ehtiyatsızcasına xərcləyib.
Digər tərəfdən, aktyor keçmiş həyat yoldaşı Hördün ona borclu olduğu 1 milyon dolları ötən ay alıb.
Bildirilib ki, pul 200 min dollar olmaqla beş hissəyə bölünəcək və beş qeyri-kommersiya xeyriyyə təşkilatı arasında bərabər paylanacaq.