Aktrisa Amanda Seyfrid ailəsi və 34 heyvanı ilə birlikdə yaşadığı Nyu-York ştatında yerləşən Katskill fermasındakı gündəlik həyatından danışıb.
OLAY yazır ki, aktrisa şəhərin səs-küyündən uzaqda fermada anası Ann Seyfrid, əri, 47 yaşlı aktyor Tomas Sadoski və iki övladı ilə məskunlaşıb.
Aktrisanın fermasında çox hissəsini ailəsinə aid heyvanlar tutur. Bunlar 17 toyuq və ördək, beş keçi, iki at, beş mini at, bir poni, bir eşşək, bir pişik, bir it və bir toyuqdur.
Amanda bildirib ki, bunlar bizə həyatın əslində necə gözəl olduğunu xatırladan sadə canlılardır.
Seyfrid səhər bütün heyvanlarını şəxsən bəsləyir: "Oyanıram, qəhvə hazırlayıram, itimə yedizdirirəm və oğluma isti süd isidirəm. Bu zaman heyvanlara yem vermədən əvvəl 45 dəqiqə otura bilərəm. Onların hamısını yedizdirmək üçün bir saat vaxt lazımdır".