“Gənc aktrisalar çox erkən yaşda plastik əməliyyat etdirməyə başlayırlar. Onları görəndə kədərlənirəm. Mən estetikaya qarşı deyiləm, amma 45-dən sonra prosedur tətbiq edəcəklərsə, qoy etsinlər”.
OLAY yazır ki, bu sözləri türkiyəli məşhur aktrisa Perihan Savaş deyib.
“Hət kəs elə bilir ki, plastik əməliyyat etdirmişəm. Amma qətiyyən belə bir şey yoxdur. Mən hətta botoks almağı sevən biri deyiləm. Məndə də Vitiliqo xəstəliyi var, plastik əməliyyat etdirə bilmərəm. Etdirsəm, xəstəliyim irəliləyə bilər" - deyə aktrisa bildirib.