Film / Serial
Film / Serial

Həyat yoldaşı və keçmiş sevgilisi ilə bir arada

Həyat yoldaşı və keçmiş sevgilisi ilə bir arada

Aktyor Teylor Lautner həyat yoldaşı Taylor ilə birlikdə 2000-ci illərin sonunda qısa müddət görüşdüyü müğənni Taylor Sviftin konsertinə qatılıb.

OLAY yazır ki, keçmiş cütlük ayrıldıqdan sonra dost münasibətlırini qoruyublar. 

Konsertdən sonra Lautnerin həyat yoldaşı üçlüyün birlikdə fotosunu paylaşıb. 

“Dünən Teylorun səhnədə söylədiyi hər şey doğrudur. Taylor, sən təkcə yer üzündə doğulmuş ən istedadlı insanlardan biri deyilsən, həm də inanılmaz dərəcədə mehribansan, - deyə aktyorun həyat yoldaşı qeyd edib. 

O, həmçinin əlavə edib ki, populyarlığına baxmayaraq, Svift çox sadə bir insan olaraq qalıb. O, özünü dəyişmir və işə sadiqliyi, pərəstişkarlarına olan sevgisi isə heyrətamizdir.