Dekabrın 16-da “Yolki-8” filminin Moskvada dünyəvi premyerası olub.
OLAY yazır ki, Yeni il komediyasının qalasında yaradıcı heyət-İvan Urqant, Olqa Buzova, Filipp Kirkorov, Daria Moroz, Timur Bekmambetov və digər dəvət olunmuş qonaqlar yer alıb.
Səkkizinci “Yolki”də rol alan 35 yaşlı Buzova qırmızı xalçaya ekstravaqant şəkildə çıxıb. Onun 58 yaşlı atası İqor Buzov da dəstək olmaq üçün gecədə iştirak edib.
Qeyd edək ki, film franşizasının növbəti hissəsi Perm, Tümen, Ufa, Saransk və Rusiyanın digər şəhərlərində çəkilib.
Ekran işində İvan Urqantın oğlunu canlandıran doqquz yaşlı azərbaycanlı İmran Çələbi də rol alıb.
O, premyerada iştirak etməyib.