Kerem Bürsinlə Hafsanur Sancaktutanın serialının adı yenə dəyişdirilib.
OLAY yazır ki, daha öncə “Gün işığım” olduğu deyilən ekran işi “Ya çok seversen” adlanacaq.
Kanal D-də yayımlanacaq, istehsalı “Ay Yapım”a aid serialın rejissoru isə “Medcezir”, “Ufak Tefek Cinayetler” adlı layihələri ekranlaşdıran Ali Bilgindir.
Serialdan ilk kadrlar da yayımlanıb. Serialın iyulun ilk həftəsindən start götürəcəyi deyilir.