“Ufak tefek cinayetler” serialı yenidən ekranlara qayıdır.
OLAY yazır ki, 2017-2018-ci illlərdə Star TV-də yayımlanan psixolji dram janrındakı televiziya serialının 3-cü sezonu çəkiləcək.
Bu barədə türk mediasında məlumat yayılıb.
Qeyd edək ki, ekran işində baş rolları Gökçe Bahadır, Tülin Özen, Alsıhan Gürbüz, Bade İşçil və Mert Fırat canlandırırdı.
Serialı hazırda “Yarqı”nın rejissorluğunu edən Ali Bilgin ekranlaşdırırdı.