35 yaşlı aktyor Kerem Bürsin və aktrisa Hafsanur Sancaktutanın rol alacağı serialın adı açıqlanıb.
OLAY yazır ki, ekran işi “Gün işığım” adlanır və çəkilişlər bu həftə başlayır. İlk bölümün isə iyulun ilk həftəsi yayımlanması planlaşdırılır. Ali Bilginin rejissorluq etdiyi serialın “Kanal D” ekranlarında yayımlanacağı deyilir.
Qeyd edəki ki, serialın ssenaristi “Tatlı İntikam”, “Benim Tatlı Yalanım”, “Afili Aşk”, “Ah Nerede” seriallarının yazarı Kübra Sülündür.
Samirə Sərkər