Elmar İmanovun həm müəllif, həm də prodüser olduğu “Otarın ölümü” filmi Tbilisi Beynəlxalq Film Festivalının Milli müsabiqəsinin “Ən yaxşı bədii film” nominasiyasında qalibi olub.
OLAY yazır ki, buna qədər film Karlovı Varı Beynəlxalq Film Festivalının “Qərbdən şərqə” proqramında “Fedora Awards” mükafatına layiq görülüb. Film Gürcüstan, Almaniya, Litva kinematoqrafçılarının birgə istehsalıdır. Ekran işinin rejissoru Soso Bliadze, senaristi isə Elmar İmanovdur.
Qeyd edək ki, Elmar İmanov “Mövsümün Sonu”, “Tabutçunun yellənçəyi” filmlərinin rejissorudur.