Kenan İmirzalıoğlu’nun yeni layihəsi olan "Abi" serialı ilə bağlı maraqlı bir iddia gündəmə gəlib.
OLAY yazır ki, aktyorun bu serialda Afra Saraçoğlu ilə baş rolları paylaşacağı bildirilərkən, bölüm başı 4 milyon 250 min TL məvacib alacağı iddia olunur.
Türkiyə mediasında yayılan xəbərlərə görə, bu məbləğ Kenan İmirzalıoğlu’nu hazırda televiziyada ən yüksək qazanclı aktyorlardan biri edir.