“Veda mektubu” serialının ulduzu Bennu Yıldırımlar açıqlaması ilə gündəmə gəlib.
OLAY yazır ki, sənətçi Hakan Genceye müsahibə verib.
Aktrisa populyarlıq qazanan aktyor və aktrisalarla bir çox sənət adamının arasındakı fərqdən söhbət açıb:
“Aktrisalıq çox çalışdığımıza görə şəxsi həyatımıza vaxt qalmasa da, kimlərləsə rəqabətdə olduğumuzu görməzdən gəlsək də, qıraqdan parıltılı həyat yaşadığımız görünsə də, gözəl peşədir. İzləyici sayının çoxluğu, populyarlıq və buna oxşar digər hallara görə kino sahəsində həqiqətən də, öz işini görən aktyor və aktrisalar layiq olduğu dəyəri ala bilmirlər. Populyarlıq deyilən “əsirlik” aldığınız reklamdan büdcənizə, rolun ağırlığından etdiyiniz müsahibələrə qədər hər şeyə təsir göstərir”.
Qeyd edək ki, Bennu Yıldırımlar “Yaprak dökümü” serialında canlandırdığı “Fikret” obrazından sonra populyarlıq qazanıb.