Film / Serial
Film / Serial

“Euphoria”nın üçüncü sezonu ertələndi

“Euphoria”nın üçüncü sezonu ertələndi

Dünyaca məşhur “Euphoria” serialının üçüncü sezonunun yayım tarixi ertələnib.

OLAY yazır ki, ekran işinin davamının 2025-ci ildə paylaşılacağı bildirilib.

Qeyd edək ki, “Euphoria”nın premyerası 2019-cu ildə olub, üçüncü sezonun çəkilişləri isə iyulda başlayacaq.

Layihədə baş rolu oynayan Zendaya yeni mövsümün hər bölümü üçün 1 milyon dollar alacaq. Bu rola görə aktrisa iki Emmi və Qızıl Qlobus mükafatı qazanıb.