Dünyaca məşhur “Euphoria” serialının üçüncü sezonunun çəkilişləri 2023-cü ilin yayında başlayacaq.
OLAY yazır ki, bu barədə ekran işinin kostyum dizayneri Heydi Bivens Vogue-a bildirib. Qeyd olunub ki, şou üçün ön istehsal mayda başlayacaq, çəkilişlər iyulda start götürəcək.
Xatırladaq ki, “Euphoria”nın 2019-cu ildə premyerası olub. Layihə lənclər, asılılıqlar və münasibətlərdən bəhs edir.
2023-cü ilin fevralında məlum olub ki, şouda baş qəhrəmanı canlandıran Zendaya üçüncü sezonun hər bölümünə görə 1 milyon dollar alacaq. Bu rola görə aktrisa iki Emmi və Qızıl Qlobus mükafatı alıb.