Fotosessiya
Fotosessiya

Müqavilə uzadıldı, indi 1 milyon alacaq

Müqavilə uzadıldı, indi 1 milyon alacaq

Model və aktrisa Zendaya “Euphoria” serialının üçüncü sezonunun baş prodüseri ilə HBO üçün müqavilə imzalayıb.

OLAY yazır ki, mətbuatda yayılan xəbərlərə görə, Zendaya hər bölüm üçün 1 milyon dollar qonorar alacaq.

Narkotik aludəçi yeniyetmələrdən bəhs edən dram serialında Zendaya baş qəhrəman Rue Benneti canlandırır. Bu oyuna görə o, iki “Emmi” və “Qızıl Qlobus” mükafatı alıb.

Rollarda həmçinin Hanter Şefer, Ceykob Elordi, Barbi Ferreyra və başqaları çəkilib. Serialın ikinci sezonu 2022-ci ilin yanvarında yayımlanıb. Bundan əlavə, serial HBO tarixində “Game of Thrones” və “House of the Dragon”dan sonra ən çox baxılan üçüncü serialdır.