Türkiyənin son zamanlar ən çox izlənilən seriallarından olan “Evlilik hakkında her şey” çəkilişə ara verib.
OLAY yazır ki, serial baş rollardan biri Gökçe Bahadır koronavirusa yoluxduğu üçün çəkiliş dayanıb. Bu barədə ekran işinin yayımlandığı Fox TV məlumat yayıb.
Bildirilib ki, çəkiliş dayandığı üçün gələn həftə serial yayımlanmayacaq.