“Netflix”də yayımlanan “Sex/Life” serialı ikinci sezonun ardından ləğv edilib.
OLAY yazır ki, bu barədə aktrisa Sara Şahi məlumat verib. O bildirib ki, ikinci mövsümün yayımından bir ay sonra layihənin bitirilməsinə qərar verilib.
Ekran işində Billi obrazını canlandıran aktrisa son illərin ən çox danışılan proyektlərindən birində iştirak etməkdən məmnunluğunu dilə gətirib. O söyləyib ki, serialda obrazların hekayələri tamamlanıb və onlar xoşbəxt sonluğa çatıblar.
Şounun ləğvi xəbəri də Saranın ikinci mövsümün çəkilişləri zamanı aldığı dəstəyin olmaması ilə bağlı məyusluğunu ifadə etməsindən sonra baş verib.
Qeyd edək ki, Sara ABC kanalında yayımlanacaq “Judgment” adlı yeni hüquqi dramın aktyor heyətinə qatılıb.