“Kızılcık şerbeti” serialına Türkiyənin Radio və Televiziya Şurası tərəfindən gələn 5 həftəlik yayım qadağası və 1,5 milyon lirə cərimə sosial medianın gündəmindədir.
OLAY yazır ki, bununla yanaşı, Türkiyənin Milli Diyanet Sen qurumu serialın yayımlandığı “Show” TV kanalının önündə aksiya keçirib. Açılan plakatlarda “Əxlaq qırmızı xəttimizdir”. “Təmiz toplum, təmiz nəsil”, “”Show” TV, səbrimizi daşırtma” kimi şüarlar açılıb.