Ceyms Kameronun kassa rekordları qıran filmi “Avatar: Suyun Yolu” indi dijital platformalardadır.
OLAY yazır ki, layihə “Amazon Prime Video”, “Apple TV+”, “Vudu” və “Movies Anywhere”də 4K Ultra HD-də mövcuddur. Bundan əlavə, tamaşaçılar film barədə bonus materialları da izləmə şansı (+3 saat) əldə edəcəklər.
“Avatar 2” kassada 2,243 milyard dollar gəlir əldə edib. O “Titanik”i geridə qoyaraq bütün zamanların ən çox gəlir gətirən üçüncü filmi olub.
Qeyd edək ki, “Suyun Yolu” Avatar üçün planlaşdırılan dörd davam filmindən birincisidir.