Ceyms Kemeronun “Avatar: Suyun Yolu” filmi həftəsonu dünya miqyasında kassada 1,7 milyard dollar gəlir əldə edib.
OLAY yazır ki, ekran işi dünyanın ən çox gəlir gətirən 10 filmi sırasına daxil olub. Layihə xaricdə reytinqində beşinci, dünya kassasında isə yeddinci yeri tutur.
Beləliklə, qlobal kassada yeni “Avatar” artıq 2019-cu ildə “Kral Aslan”ı (1,663 milyard dollar) və 2015-ci ildə “Yura dövrü dünyası”nı (1,672 milyard dollar) geridə qoyub.