Hollivud ulduzu Brüs Uillisin vəziyyəti pisləşib.
OLAY yazır ki, bu barədə aktyorun ailəsi məlumat yayıb. Qeyd olunub ki, ona frontotemporal demensiya diaqnozu qoyulub.
“Bu, çoxumuzun heç vaxt eşitmədiyi və hər kəsi vura bilən amansız xəstəlikdir. Bu gün bu xəstəliyin müalicəsi yoxdur və ümid edirik ki, yaxın illərdə reallıq dəyişə bilər” - deyə məlumatda bildirilir.
Xatırladaq ki, 2022-ci ilin martında B. Uillisin nitq pozğunluğu səbəbindən aktyorluq karyerasını bitirdiyi açıqlanmışdı. Lakin o vaxtdan xəstəlik irəlilədi və indi həkimlər daha dəqiq diaqnoz qoydular.