Aktyor Brendan Freyzer oğlunun autizm olduğunu biləndə ruhdan düşdüyünü etiraf edib.
OLAY yazır ki, o bu barədə “Page Six”ə danışıb:
“Uşağıma diaqnoz autizm diaqnozu qoyulanda yumşaq desək, ruhdan düşdüm. İlk reaksiyam belə oldu: Bunu necə müalicə etmək olar? Bunun mənası nədi?".
O qeyd edib ki, ilk növbədə övladına görə özünü günahlandırmağa başlayıb. Sənətçinin sözlərinə görə, zaman keçdikcə autizmə baxışı dəyişib. Freyzer əminliklə bildirib ki, oğlu indiyə qədər tanış olduğu ən şən uşaqlardan biri olub.