Film / Serial
Film / Serial

“Game of Thrones”un ulduzu Ukraynaya gedir

“Game of Thrones”un ulduzu Ukraynaya gedir

“Game of Thrones” serialında Coffri Baratheon obrazını canlandıran aktyor Cek Qlison Ukraynaya gedəcək.

 OLAY yazır ki, bu barədə feysbukda rejissor Yekaterina Çepura məlumat verib.

“Fevralın ortalarında “Game of Thrones” serialının ulduzu Cek Qlison Ukraynaya gələcək, o, bu çətin zamanda Ukraynanı dəstəkləməyə qərar verib. Onun iştirakı ilə bir neçə ictimai və qeyri-ictimai tədbirlər planlaşdırırıq”, - deyə, Çepura yazıb.

Onun sözlərinə görə, aktyor dostları ilə birlikdə Ukrayna Silahlı Qüvvələri üçün pikap da gətirəcək.

Bundan əvvəl aktyor Şon Pennin Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri üçüncü dəfə Kiyevə səfər etdiyi və iki “Oskar”ından birini gətirdiyi bildirilirdi.