Xalq artisti Flora Kərimova 1974-cü ildə lentə alınan “Tık-tık xanım” cizgi filmi ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi ekran işində səsləndirdiyi ifadan bir hissəni izləyicilərlə bölüşüb. Kərimova bu cür unudulmaz layihədə yer aldığı üçün sevinc hissi keçirdiyini qeyd edib.
“Artıq 3 nəslin uşaqlıq sevincinə pay qatmışamsa, sevinclə gözlədikləri cizgi filmlərdə məndən bir parça varsa, üzlərindəki gülüşün səbəbkarıyamsa, bilməsələr belə, bu artıq mənim üçün sevincdir. Körpələr dərd, ağrı görməsin. Biz görəni onlar yaşamasın. Hər bir körpənin əllərindən öpürəm. Allah sizi qorusun!”, - deyə, Xalq artisti bldirib.