Film / Serial
Film / Serial

17 il sonra “Arka sokaklar”dan ayrıldı

17 il sonra “Arka sokaklar”dan ayrıldı

Rza baba obrazı ilə sevilən Zafer Ergin 17 il sonra “Arka sokaklar” serialından ayrılıb.

OLAY yazır ki, layihənin prodüseri Türker İnanoğlunun istəyi ilə ekran işinə 45 gün fasilə verilmiş, lakin daha sonra bu müddət uzadılmışdı.

Prodüser şirkət bu səbəbdən komandadan iş tapanların ayrıla biləcəyini bildirərək, serial yenidən çəkildiyi halda yeni aktyorlarla yola davam edəcəklərini açıqlamışdı.

Usta aktyor Z. Ergin də serialla müqaviləsinə xitam verərək, yeni layihələri dəyərləndirməyi qərara alıb.