“Dönənlər” filminin imza günü keçiriləcək.
OLAY yazır ki, 10 yanvar “MetroPark” AVM-də baş tutacaq tədbirə filmin baş qəhrəmanları qatılacaq.
18:30-da keçiriləcək imza günündən sonra 19:20-də aktyorlar tamaşaçılarla birgə filmi izləyəcək.
Qeyd edək ki, ekran işində baş rolları Əməkdar artist Dilarə Əliyeva, aktrisalar Günay Əhməd, Oksana Rəsulova, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Səmimi Fərhad və Oktay Mehtiyev oynayıb.