Rejissor Vüsal Hacıqədirin bir gündə iki filmi təqdim edilib.
OLAY yazır ki, sənətçinin “Dönənlər” və “Zona” layihələrinin təqdimatı ötən gün baş tutub.
Qeyd edək ki, “Dönənlər”də Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova da çəkilib.
Komediya filmi “Zona”nın aktyor heyəti Məcid Hüseynov, Tural Əsədov, Aqil M. Quliyev, Taleh Yüzbəyov, Faiq Mirzəyev, Elsevər Camal, Əlixan Rəcəbov, İslam Mehrəliyev, Nöfəl Şahmaroğlu, Elvin İbra, Erkin Ergin, Tərlan Nur Yaşar, Samir Ələsgərov, Şəlalə Şahvələdqızı və digər məşhur simalardan ibarətdir.