Film / Serial
Film / Serial

“Dönənlər”i 5 gündə 6 min tamaşaçı izlədi

“Dönənlər”i 5 gündə 6 min tamaşaçı izlədi

Dekabrın 28-də təqdim olunan “Dönənlər” filmi xeyli tamaşaçı tərəfindən izlənilib. 

OLAY yazır ki, ekran işi nümayişdə olduğu 5 gün ərzində 6 min izləyiciyə çatıb.

Qeyd edək ki, film “Park Cinema” kinoteatrlar şəbəkəsində və Nizami Kino Mərkəzində nümayiş olunur. 

Onu da xatırladaq ki, ekran işində baş rollarda Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Elcan Rəsulov, Ziya Ağa, Oktay Mehtiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova da çəkilib.